"Vilyarreal"ın yarımmüdafiəçisi Pape Quye DÇ-2026-nın 1/16 final mərhələsində Belçikaya 2-3 hesabı ilə məğlub olduqdan sonra Seneqal millisindən ayrıldığını açıqlayıb. Sport24.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

 

"Mübarizəni dayandırmağımızla bağlı bir neçə kəlmə demək üçün daha sonra qayıdacağam... Amma bu gün elan edirəm ki, bu məşqçi heyəti olduğu müddətdə millidə oynamayacam". 

 

Qeyd edək ki, 26 yaşlı Quye 2021-ci ildən Seneqal millisinin formasını geyinir. Yığmanın heyətində 45 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. O, DÇ-2026-da dörd oyun keçirib. İraqla matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.