Kabo-Verde prezidenti Xose Mariya Neves milli komandanın DÇ-2026-nın 1/16 final mərhələsində Argentinaya qarşı keçirəcəyi oyun barədə fikirlərini bildirib. Ölkə başçısı qarşıdakı matçla bağlı "BBC News Africa"ya danışıb:
"Ümid edirəm ki, Kabo-Verde eyni səviyyədə oynamağa davam edəcək. Biz dünya çempionatına yeni tarix yazmağa və mövcud çempionlarla qarşılaşmaq üçün gəlmişik. Buna görə də, Argentina və Messiyə qarşı da eyni əzmkarlıq, qələbə qazanmaq, növbəti mərhələyə yüksəlmək istəyi ilə oynayacağıq.
Oyunçular buna 100 faiz inanırlar, ümidləri var və sona qədər mübarizə aparacaqlar. Argentinanı məğlub etmək üçün şansımız var. Güclü rəqiblərlə matçlarda qalib gəlmək və ya məğlub olmaq olar. Lakin Argentinaya qarşı matçın necə bitməsindən asılı olmayaraq, biz qalib gəlmək üçün oynayacağıq. Nəticədən asılı olmayaraq, dünya çempionatından başımız dik və missiyamızın yerinə yetirilməsi hissi ilə ayrılacağıq. İnanıram ki, Kabo-Verde Argentinanı 1-0 hesabı ilə məğlub edə bilər".
Qeyd edək ki, Argentina - Kabo-Verde matçı iyulun 4-ü, saat 02:00 baş tutacaq.