Təlim-məşq toplanışı üçün Sloveniyaya yollanan "Neftçi" bu gün ilk yoxlama matçını keçirəcək. Sport24.az xəbər verir ki, "ağ-qaralar" Rumıniya təmsilçisi  "ÇFR Kluj"la qarşılaşacaq. 

 

Görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. 

 

Qeyd edək ki, Yuri Vernidubun baş məşqçi olduğu komanda iyulun 6-da "Partizan" (Serbiya), 10-da "Radniçki Niş" (Serbiya), 13-də isə "Osiyek" (Xorvatiya) klubları ilə qüvvəsini sınayacaq.