Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan "Sabah" bu gün növbəti yoxlama oyununu keçirəcək. Sport24.az xəbər verir ki, son ölkə çempionu Ukrayna təmsilçisi "Polissya" ilə qarşılaşacaq.
Matçın start fiti Bakı vaxtı ilə saat 16:00-da səslənəcək.
Qeyd edək ki, "Sabah" təlim-məşq toplanışı çərçivəsində keçirdiyi əvvəlki yoxlama oyunlarında Macarıstanın "Ferentsvaroş" və Rumıniyanın "Universitatya Krayova" komandaları ilə 1:1 hesablı heç-heçə edib.