"Brayton" və "Tottenhem" müdafiəçi Luka Vuşkoviçin transferi ilə bağlı razılığa gəliblər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, "qağayılar" 19 yaşlı xorvatiyalı oyunçu üçün 46 milyon funt sterlinq (təxminən 54 milyon avro) ödəyəcək. Bonuslar və gələcək satışların müəyyən faizi ilə bir yerdə sövdələşmə 50 milyon funt sterlinqi (təxminən 59 milyon avro) keçə bilər.

 

Vuşkoviç "Brayton"na müntəzəm oynamaq üçün keçib. Oyunçunun özü artıq "qağayılar"la şəxsi müqavilə imzalayıb.

 

Qeyd edək ki, Vuşkoviçin satışı "Tottenhem"ə "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalini 100 milyon avroya almağa kömək edəcək.