"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali "Tottenhem"ə keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder David Ornşteyn sosial şəbəkə hesabında paylaşım edib.

 

London klubu 26 yaşlı futbolçunun transferi üçün "sağsağanlar"la razılığa gəlib. Müqavilənin 92,5 milyon funt sterlinq dəyərində olacağı, üstəgəl 7,5 milyon funt sterlinq bonuslar şəklində ödəniləciyi bildirilir. Bu da "Tottenhem"in tarixində rekord transferdir.

 

Londonlular italyan futbolçu ilə şəxsi müqavilə şərtlərini də razılaşdırıb. Sözləşməyə əsasən Tonali ildə 12 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Tonali ötən mövsüm bütün turnirlərdə 53 oyunda meydana çıxıb, 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.