"Bavariya"nın vingeri Maykl Olise "Real"a keçməyə meyllidir. Fransız futbolçu Münhen klubunda artıq hər şeyə nail olduğunu düşünür. Sport24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Olise "Bavariya"da Çempionlar Liqasını ardıcıl qazana biləcəyinə inanmır. O, inkişaf etmək və yeni zirvələrə çatmaq istəyir. Buna görə də "Real"a transfer onun üçün cəlbedici seçim kimi görünür.

 

Qeyd edək ki, "Real" rəsmi olaraq Olise ilə birbaşa və ya dolayı əlaqələrinin olmadığını bildirib. Lakin mediada yayılan məlumatlara görə, "Kral klubu" fransız futbolçu üçün təxminən 150 milyon avro təklif edir. Lakin "Bavariya" ulduz oyunçusunu buraxmaqdan imtina edir.