"Turan Tovuz"un sabiq futbolçusu Şəhriyar Əliyev karyerasını Özbəkistanda davam etdirməyə yaxındır. Bu barədə Sport24.az-a açıqlama verən 33 yaşlı müdafiəçi gələcək planlarından danışıb.

Təcrübəli oyunçu əvvəlcə Azərbaycan Premyer Liqasının bir neçə klubu ilə danışıqlar apardığını, lakin razılığa gələ bilmədiyini bildirib.

"Yerli klubların 1-2-si ilə danışırdıq. Amma bəzi məsələlərə görə alınmadı. Hazırda Özbəkistandayam. Menecerlər vasitəsi ilə bu ölkənin komandaları ilə danışıq aparırıq. Razılaşa bilsək, Daşkənd klublarından birində çıxış etmək istəyirəm".

Qeyd edək ki, Şəhriyar Əliyev 2022-ci ildən "Turan Tovuz"un formasını geyinib və komandanın kapitanı olub. Hazırda Özbəkistan Superliqasında çıxış edən Daşkənd təmsilçiləri arasında "Paxtakor", "Bunyodkor" və "Lokomotiv" yer alır.