MBA-nın əfsanəvi oyunçusu Maykl Cordanın qızı Jasmin maraqlı açıqlama verib. Sport24.az xəbər verir ki, ohu sözləriə görə, gənc idmançıların maraqlarını qoruyan NIL (ad, təsvir və oxşarlıq - red.) qanunu atasının basketbolda yolunu başladığı dönəmdə mövcud olsa idi, bu, Maykla trilyonlarla dollar qazandıra bilərdi. "NIL agreement" idmançılara göstərilən bütün səylərin qarşılığında ədalətli kompensasiya təklif edir. O, fikrini belə izah edib: "Ola bilsin, atam "Nike" şirkəti ilə imzaladığı ilk müqavilədən bu qədər az qazanmazdı. Potensial olaraq, sözləşməsinə fərqli cür yanaşa bilərdi. "Funko Pop"un kolleksiyasına və ya çoxlarının hələ də onun UNC futbolkasını geyindiyini nəzərə alsaq, başa düşürük ki, bunun maddi xeyrini bu gün də görə bilərdik. İndiki anda söhbətin trilyonlarla dollardan getdiyini deyə bilərik".