Milli Basketbol Assosiasiyası MVP mükafatına namizəd basketbolçuların reytinq cədvəlini yeniləyib. Sport24.az xəbər verir ki, uzun müddət sıralamada üst pillədə qərarlaşan “Denver Naqqets”in serbiyalı ulduzu Nikola Yokiç mövqeyini itirərək ikinci yerə düşüb.

İlk sıraya isə “Filadelfiya Seventi Siksers”in mərkəz oyunçusu Coel Embiid yüksəlib. Ulduz basketbolçu bu mövsüm hər oyuna orta hesabla 33,5 xal, 10,2 ribaund və 4,1 məhsuldar ötürmə ilə diqqət çəkir. 3-cü pillədə isə “Miluoki Baks”ın yunanıstanlı basketbolçusu Yannis Adentokumbo qərarlaşıb.

İlk “5-lik”də “Boston Seltiks”dən Ceyson Teytum və “Dallas Maveriks”dən Luka Donçiç də yer alıb.