Tanınmış basketbol şərhçisi Skip Beyless qalmaqallı açıqlama verib. Sport24.az xəbər verir ki, o, "Leykers"in aparıcı üzvü Lebron Ceymsi tənqid edib: "Mən həqiqətən onun daha möhtəşəm oyun göstərəcəyini düşünürdüm. Ümumilikdə, oyun digər matçlarla müqayisədə olduqca sakit, bəlkə də yorucu oldu. Ancaq əminəm ki, yalnız Russ və Şröder sayəsində "Leykers" əlavə vaxtda qalib gəldi".