MBA-nın əfsanəvi basketbolçusu Uillis Rid 80 yaşında vəfat edib. Sport24.az xəbər verir ki, amerikalı sabiq basketbolçu 1964-1974-cü illərdə “Nyu-York Niks”in heyətində çıxış edib və 2 dəfə MBA çempionu olub.

Rid 10 illik karyerası ərzində iki dəfə mövsümün yekunlarına əsasən rəmzi komandaya düşüb. Bununla yanaşı, o 7 dəfə “All Star” matçına dəvət alıb. 1969/70 mövsümündə isə Rid “ulduzlar oyunu”nun MVP-si seçilib. 1982-ci ildən etibarən onun adı MBA-nın Şərəf Zalına daxil edilib. 1996-cı ildə isə liqa tarixinin 50 yaxşı basketbolçusu sırasına onun da adı salınıb. 

Uillis MBA tarixində eyni ildə həm mövsümün, həm də “All Star” matçının ən yaxşı oyunçusu adını qazanan ilk basketbolçu olub. Onun şərəfinə “Nyu-York” "19 nömrə"li formanı əbədiləşdirib.