Bu gün “Sərhədçi” İdman Mərkəzinin idman zalında keçirilən iki qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının (ABL) 3-cü turuna yekun vurulub.

Sport24.az xəbər verir ki, günün ilk görüşündə NTD komandası “Zirvə Astara” basketbolçuları ilə qarşılaşıb. Görüş NTD-nin 84:71 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın ən məhsuldar basketbolçular NTD-dən Stenford Uilyams (27 xal, 4 asist), “Zirvə Astara”dan isə Raşard Kriukşenk (32 xal, 7 ribaund) olublar.

Turun sonuncu oyunu isə region komandası “Olimpik Şəki” ilə “Sərhədçi” basketbolçuları arasında olub. Qarşılaşma “Sərhədçi”nin 102:72 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün ən məhsuldar basketbolçuları “Olimpik Şəki”dən Ceyson Brauer (27 xal, 5 ribaund), “Sərhədçi”dən isə Maykl Vinn (25 xal, 4 asist) olublar.

4-cü turun oyunları 2 və 5 noyabr tarixlərində Sərhədçi İdman Mərkəzində keçiriləcək.