Azərbaycan və Gürcüstanda təşkil olunan qadın voleybolçular arasında Avro-2017 davam edir. Sport24.az xəbər verir ki, millimiz də bu gün 2-ci turun qarşılaşmasını keçirəcək. Millimizin yer aldığı A qrupunda 2 görüş baş tutacaq. Dünən istirahət edən komandamız bu dəfə Polşa ilə qarşılaşacaq. Qrupun digər qarşılaşmasında isə Almaniya keçirdiyi hər iki oyunda məğlub olan Macarıstanla üz-üzə gələcək. A qrupu 18:00. Azərbaycan – Polşa 20:30. Almaniya – Macarıstan