"Çempionata uğurlu start vermişdik". Sport24.az xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət "Neftçi"nin baş məşqçisi Pərviz Səmədov deyib.

 

O, komandasının Azərbaycan Yüksək Liqasında çıxışını dəyərləndirib. VII turda "Xilasedici"yə 0:3 hesabı ilə uduzan kollektivin çalışdırıcısı vəziyyət o qədər də ürəkaçan olmadığını bildirib: "Son bir neçə oyun istədiyimiz kimi alınmır. Bu mövsüm yaxşı komanda toplamışıq. Bir voleybolçumuz da iki oyundur ki, heyətə qatılıb. Düşünürəm ki, onun da komandamıza uyğunlaşması üçün bir az zaman lazımdır. Çempionatda daha maraqlı oyunlar hələ qarşıdadır. Səhvlərimizi düzəltməli və daha ciddi şəkildə məşqlərə davam etməliyik. İnanıram ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik və turnir cədvəlində də irəliləyəcəyik".

 

Qeyd edək ki, 7 oyundan 8 xal toplayan "Neftçi" turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.