Qızıl Avropa Liqasında iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Rumıniyanın “Horia Demian” idman zalında son məşqinə çıxıb. Sport24.az xəbər verir ki, A qrupunda mübarizə aparacaq yığmamız bu gün 21:00 da ilk rəsmi görüşünü İspaniya millisinə qarşı keçirəcək. 

Voleybolçularımız Qızıl Avropa Liqasına hazırlıq mərhələsində vaxtın az olmasına baxmayaraq, təlim-məşq toplanışı çərçivəsində 2 yoldaşlıq görüşü də keçirib. 

Komandamız Qızıl Avropa Liqasının A qrupunda Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar. 

Qeyd edək ki, Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3  qrupda mübarizə aparacaq. İki dövrədən ibarət olacaq oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. B qrupunun iştirakçısı olan Bolqarıstan yığması finala vəsiqə qazanan komandalar arasında yer tutmazsa, o, həlledici mərhələyə qrup birinciləri ilə birgə ev sahibi kimi qatılacaq.  

Qızıl Avropa Liqası 
A qrupu

I dövrə, Rumıniya 

28.05.21
21:00. İspaniya – Azərbaycan 

29.05.21
18:00. Azərbaycan – Rumıniya

30.05.21
21:00. Fransa – Azərbaycan

II dövrə, Fransa

04.06.21
19:00. İspaniya – Azərbaycan
05.06.21

22:00. Fransa – Azərbaycan

06.06.21
17:00. Azərbaycan – Rumıniya