Kişi voleybolçulardan ibarət Azərbaycan yığması bu gün Avroliqada altıncı, son oyununu keçirib. Sport24.az xəbər verir ki, Boris Qrebennikovun rəhbərlik etdiyi kollektiv Bakıda Portuqaliya ilə qarşılaşıb.

 

Millimiz rəqibinə 1:3 uduzub.

 

Azərbaycan - Portuqaliya - 1:3 (25:21, 16:25, 12:25, 19:25)

 

Azərbaycan millisi bundan əvvəl Yunanıstan (0:3), İsveç (0:3), Rumıniya (0:3), İspaniya (0:3) və Macarıstan (1:3) ilə qarşılaşmışdı. 

 

Hazırda yığmamız turnir cədvəlinin 27 komanda arasında 26-cı pillədə qərarlaşıb (0 xal).

 

Qeyd etmək lazımdır ki, turnir cədvəlində 1-ci yerdən 4-cü yerə qədər olan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.