Bu gün Azərbaycanın kişi və qadın voleybolçulardan ibarət milliləri Gümüş Avropa Liqasında növbəti matçlarına çıxacaqlar. Sport24.az xəbər verir ki, qadın yığmamız İsraillə qarşılaşacaq.

 

Şimali Makedoniyada baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

 

Kişilərdən ibarət komanda isə Macarıstan yığması ilə üz-üzə gələcək. Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 18:00-da başlayacaq. 

 

Qeyd edək ki, qadınlardan ibarət yığma növbəti matçını sabah İsveçrə, kişi voleybolçular isə iyunun 21-də Portuqaliya ilə görüşəcək.