Xorxe Jesus dünya çempionatından sonra Portuqaliya millisinin baş məşqçisi ola bilər. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

 

Məşqçi 2025/26 mövsümünün sonunda "Əl-Nəsr"dən ayrılıb. Hazırda o, milli komandaya qoşulmaq üçün danışıqlar aparır və bu vəzifəyə əsas namizəddir.

 

Qeyd edək ki, bir müddət əvvəl Portuqaliya millisinin hazırkı baş məşqçisi Roberto Martinezin "Əl-Nəsr"i çalışdıra biləcəyi ilə bağlı xəbərlər yayılıb.