Kurasao milli komandası "Ginnesin Rekordlar Kitabı"na düşüb. Sport24.az xəbər verir ki, yığma dünya çempionatları tarixində əsas mərhələdə iştirak edən ən az əhalili ölkə kimi rekord qırıb.
Rekordu təsdiqləyən sertifikar Kürasao Futbol Federasiyasının rəhbəri Gilbert Martinaya təqdim edilib.
Kürasao yığması mundialda Almaniya, Ekvador və Fil Dişi Sahili ilə bir qrupda mübarizə aparır. Dik Advokatın rəhbərlik etdiyi kollektiv ilk oyunda Almaniyaya böyük hesabla uduzub – 1:7.