"Mançester Siti"nin belçikalı futbolçusu Jeremi Doku klubla yeni müqavilə imzalamağa razılıq verib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.
Məlumata görə, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, yeni sözləşmə 2031-ci ilin iyun ayınadək qüvvədə olacaq. Müqavilə çərçivəsində futbolçunun maaşı da artırılacaq.
Klub rəhbərliyi və baş məşqçi Enzo Mareska 23 yaşlı vingeri uzunmüddətli layihənin əsas fiqurlarından biri hesab edir.
Qeyd edək ki, Doku son mövsümlərdə sürəti, driblinqi və hücumdakı effektiv oyunu ilə diqqət çəkərək dünyanın ən güclü vingerlərindən biri kimi qiymətləndirilir.