"Vestri" ölkə kubokunun qalibi olub. Onlar aşığı liqada mübarizə aparsalar da, Avropada uğur qazanmaq istəyirlər".
Bu sözləri Sport24.az-a açıqlamasında 2020-2023-cü illərdə futbol üzrə İslandiya millisinin baş məşqçisi olmuş Arnar Vidarsson deyib.
O, Ağdam klubunun cütün favortini olduğunu bildirib: "Qarabağ" son illərdə Avopada adından söz etdirən komandadır. Kollektiv illərdə beynəlxalq arenada stabil şəkildə mübarizə aparır. Yaxşı baş məşqçi orada işləyir. "Vestri" üçün çox çətin oyun olacaq. Lakin futbolda hər şey mümkündür. İstənilən nəticə ilə qarşılaşmaq olar".
Avropa Liqasının II təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda baş tutacaq.
Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını məğlub etsə, ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə görüşəcək.