"Qarabağ" Avstriya toplanışında ÇSKA ilə qarşılaşa bilərdi. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisinin Bolqarıstan klubu ilə oyunu baş tutmayacaq.

 

Bu barədə Sofiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Buna səbəb odur ki, komandalar Avropa Liqasının II təsnifat mərhələsində üz-üzə gələ bilərlər. "Qarabağ" və ÇSKA mərhələ adlasa, rəqib olacaqlar. Tərəflər hazırlıq matçının keçirilməməsinə razılaşıblar.

 

Qeyd edək ki, qarşılaşma iyunun 27-nə planlaşdırılmışdı.