UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi "Vestri" azarkeşlərinə müraciət edib. Sport24.az xəbər verir ki, İslandiya klubu sosial media hesabında fanatlarının Bakıya mümkün səfəri ilə bunları yazıb:

 

"Bakıya getməyə hazırsınız?

 

"Vestri" klubu Azərbaycandakı Avropa kuboku oyunu üçün ən yaxşı səfər variantlarını araşdırır.

 

Əgər Bakıya futbol səfərinə marağınız varsa, bunu bizə bildirin. Uçuş xərclərinin təxminən 200-250 min İslandiya kronu (2800 – 3500 manat – red.) olacağı gözlənilir.

 

Şərhlərdə fikrinizi yazın, sonra bunun mümkün olub-olmadığını birlikdə qiymətləndirərik".

 

"Qarabağ"la "Vestri" arasında ilk oyun iyulun 9-da Bakıda, cavab görüşü iyulun 16-da İslandiyada keçiriləcək.