"Növbəti mövsüm hansı klubda çalışacağımla bağlı qərar verməmişəm. "Zaqatala"nın aqibəti necə olacaq? Özümüzün də bilgimiz yoxdur". Bu sözləri Sport24.az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.
Mütəxəssis bildirib ki, komandasının növbəti mövsümdə hansı vəziyyətdə olacağı hələ də qeyri-müəyyəndir:
"Ən çətin mövsümümüzü keçirtdik. İndi hamı istirahət edir. Gələn mövsümün hazırlığı ilə bağlı xəbər yoxdur. Bir neçə klubla danışığım olub. Komandanın məqsədi, maliyyəsi bəlli olmamış heç yerə gedən deyiləm. "Zaqatala"nın rəhbərliyindən heç bir cavab yoxdur. Mövsüm bitəndən sonra əlaqəmiz olmayıb. Yəqin ki, klub AFFA-nın ayırdığı vəsaiti gözləyir. Bəlkə də bundan sonra başqa mütəxəssislə danışıq apararlar".
Qeyd edək ki, "Zaqatala" ötən mövsümü 7-ci pillədə başa vurub