"Milan" hücum xəttini gücləndirmək üçün transfer çalışmalarını sürətləndirib. Sport24.az xəbər verir ki, "Rossoneri"lərin əsas hədəflərindən biri PSJ-də çıxış edən Qonsalo Ramosdur.
Bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, baş məşqçi Ruben Amorimin rəhbərliyə təqdim etdiyi transfer siyahısında 24 yaşlı hücumçunun adı ön sıralarda yer alır.
Portuqaliyalı futbolçu Paris klubunda istədiyi qədər oyun şansı qazana bilmədiyi üçün bu transferə isti yanaşır.
Qeyd edək ki, Qonsalo Ramos 2023-cü ildə "Benfika"dan PSJ-yə - 65 milyon avro + 15 milyon avro bonus qarşılığında transfer olunmuşdu.