"Qarabağ"ın futbolçusu Kamilo Duran bir neçə klubun transfer siyahısındadır. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı vingerin karyerasını Meksikada davam etdirmək ehtimalı yaranıb.

 

Məlumata görə, Meksikanın "Kruz Azul" klubu kolumbiyalı futbolçunun xidmətində maraqlıdır və onun transfer imkanlarını dəyərləndirir.

 

Kamilo Duranın digər ölkələrdən də təkliflər aldığı bildirilir. Belə ki, oyunçuya Portuqaliya və Braziliya klubları da maraq göstərir.

 

Qeyd edək ki, Kamilo Duran 2025-ci ilin yayında "Qarabağ"a transfer olunub. O, qısa müddətdə Ağdam təmsilçisinin əsas heyət üzvlərindən birinə çevrilməyi bacarıb.