Birinci Liqada çıxış edən "Şahdağ Qusar" yeni mövsüm üçün heyəti formalaşdırmaqda davam edir. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə klubu Aqostinyo Çipesse ilə müqavilənin müddətini uzadıb.

 

Anqolalı yarımmüdafiəçi növbəti mövsümüdə də Qusar təmsilçisinin formasını geyinəcək.

 

Qeyd edək ki, Çipesse bu ilin yanvarında "Şahdağ Qusar"a qoşulub.