Tunis millisinin yeni baş məşqçisi Herve Renard komandaya yalnız 2026-cı il dünya çempionatının qrup mərhələsinin sonuna qədər rəhbərlik etməyə razılıq verib. Sport24.az xəbər verir ki, bu barədə MKTR portalı məlumat yayıb.
Komanda pley-offa yüksələrsə, müqavilənin uzadılması müzakirə olunacaq. 57 yaşlı fransız məşqçi iki oyun üçün təxminən 200.000 avro qazanacaq.
qeyd edək ki, Renard mundialın ilk turunda İsveçə 1-5 hesablı məğlubiyyətdən sonra vəzifəsindən kənarlaşdırılan Sabri Lamouçini əvəz edib. Afrika təmsilçisi iyunun 21-də Yaponiya, 26-da isə Niderland yığması ilə qarşılaşacaq.