"Tottenhem" "Brayton"un müdafiəçisi Yan Pol van Hekkeni "rənglərinə bağlayıb". Sport24.az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

 

London klubunun 25 yaşlı mərkəz müdafiəçisi ilə sözləşməsinin təfərrüatları açıqlanmayıb. "Transfermarkt"ın məlumatına görə, niderlandlı futbolçunun keçidi "Tottenhem"ə 60 milyon avroya başa gəlib.

 

Qeyd edək ki, Van Hekke ötən mövsüm "Brayton"un heyətində bütün turnirlərdə 40 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Van Hekke DÇ-2026-nın  1-ci turunda Yaponiya ilə 2-2 hesabı ilə başa çatan matçda Niderland millisinin heyətində 90 dəqiqə meydanda olub.