"Real" (Madrid) UEFA Çempionlar Liqasının IV turunda Yunanıstan təmsilçisi AEK ilə oyuna ciddi itkilərlə yollanır. Sport24.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi Arda Güler yüngül zədəsi səbəbindən səfər heyətinə daxil edilməyib.
Fərdi məşqlərlə kifayətlənən 21 yaşlı futbolçu ilə bağlı məşqçilər korpusu risk etməməyi üstün tutub. Həmçinin rəsmi iştirak ərizəsində Orelyen Tçuameni və Raul Asensionun da adları yer almayıb.
Qeyd edək ki, qrupda keçirdiyi 3 matçın hamısında qələbə qazanaraq itkisiz irəliləyən "Kral klubu" noyabrın 4-də Afinada AEK-in qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.