"Real" yay "transfer pəncərəsi"ndə "Bavariya"nın futbolçusu Maykl Olisenin transferində israrlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, "Kral Klubu" Olise üçün 220 milyon avro ödəməyə hazırdır.

 

Madrid klubu həmçinin "Çelsi"nin argentinalı yarımmüdafiəçi Enzo Fernandesi transfer etməyi də nəzərdən keçirir.

 

Qeyd edək ki, 24 yaşlı Maykl Olise ötən mövsüm "Bavariya"nın heyətində 52 oyun keçirib, 22 qol vurub və 31 məhsuldar ötürmə edib. Hazırda o, DÇ-2026-da Fransa millisinin düşərgəsindədir.