Arsenal" "Lester"in futbolçusu Jeremi Monqa ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Telegraph" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 16 yaşlı oyunçu "Arsenal"ın əsas hədəflərindən biridir və futbolçunun özü də karyerasını London klubunda davam etdirməyə üstünlük verir. Buna baxmayaraq, tərəflər arasında transfer məbləği ilə bağlı hələ razılıq əldə olunmayıb.
Qeyd edək ki, Jeremi Monqa ötən mövsüm Premyer Liqada 15 yaşında debüt edib və bu göstərici ilə yalnız "Arsenal"ın yetirməsi Etan Nvaneridən geri qalır. Sağ ayaqlı futbolçu əsasən sol cinahda çıxış etsə də, hücum xəttinin bütün mövqelərində oynaya bilir.