"Arsenal" "transfer pəncərəsi"ndə növbəti böyük gedişini etməyə hazırlaşır. London təmsilçisi PSJ-nin hücumçusu Bredli Barkolanı heyətinə qatmaq üçün hərəkətə keçib. Spprt24.az xəbər verir ki, bu barədə "İndependent" məlumat yayıb.

​"Arsenal"ın baş məşqçisi Mikel Arteta 23 yaşlı futbolçunu komandanın oyun sisteminə mükəmməl uyğunlaşacaq bir ad olaraq görür. London klubunun rəhbərliyi də gənc fransızın transferini həm komandanı gücləndirəcək, həm də reallaşdırılması mümkün olan bir layihə kimi dəyərləndirir.

Qeyd edək ki, Bredli Barkola başa çatan mövsümdə PSJ-nin heyətində bütün turnirlər daxil olmaqla 48 oyunda meydana çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.