Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi olan "Xilasedici" klubu 4 oyunçu ilə vidalaşıb. Bu barədə Sport24.az-a etibarlı mənbədən məlumat daxil olub.
Bakı təmsilçisi Joze Karrasko, Aleksander Popleteev, Pedro Luiz Santos və Batuhan Yurdagül ilə yollarını ayırıb.
Adıçəkilən voleybolçularla başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, komanda növbəti mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək.