Azərbaycanın qadın və kişilərdən ibarət voleybol milliləri bu gün Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər. Sport24.az xəbər verir ki, qadınlardan ibarət komanda Şimali Makedoniya ilə üz-üzə gələcək.

 

İspaniyada təşkil olunacaq qarşılaşma Bakı vaxtı saat 20:30-da start götürəcək. Azərbaycan millisi 3 xalla 11-ci, hazırda xalı olmayan Şimali Makedoniya 23-cü pillədə qərarlaşıb.

 

Kişilərdən ibarət yığma isə İspaniya ilə qarşılaşacaq. Rumıniyadakı oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İspanlar 6 xalla 8-ci, əvvəlki matçlarda uduzan Azərbaycan yığması 24-cü yerdədir.