Jeremi Doku "Mançester Siti" ilə müqaviləsini uzatmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder insayder Nikolo Şkira "X" sosial media platformasında məlumat yayıb.

 

24 yaşlı belçikalı "şəhərlilər"lə müqaviləsini uzatmağa bir addım daha yaxınlaşıb. Onun maaşı əhəmiyyətli dərəcədə artacaq.

 

Qeyd edək ki, Doku 2023-cü ildən "Mançester Siti"də çıxış edir. Hücumçu "şəhərlilər"in heyətində 131 oyunda meydana çıxıb, 22 qol vurub və 34 məhsuldar ötürmə edib.