"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Portimonense"dən Samuel Lobatonu transfer edib.

 

Bu barədə klubun mətbuat xidməti mələumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.

 

Yarımmüdafiəçi ötən mövsüm Portuqaliya I Liqasında 29 oyunda 2 qol vurub.

 

"Qarabağ" daha əvvəl Jali Muaddib və Zakaria Savonu transfer edib.