Uruqvay millisi DÇ-2026-nın qrup mərhələsinin birinci matçında Səudiyyə Ərəbistanı ilə heç-heçə edib – 1:1. Sport24.az xəbər verir ki, Cənubi Amerika yığmasında start heyətdə meydana çıxan Fernando Muslera millinin tarixinə düşüb.
O, mundialda forma geyinən ən yaşlı futbolçu adını qazanıb. Muslera Səudiyyə Ərəbistanı ilə oyunda 39 yaş 364 günlük olub.
Əvvəlki rekord keçmiş müdafiəçi Dieqo Qodinə məxsus idi. O, DÇ-2022-də 36 yaş 285 günlük olanda meydana çıxıb.