"Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa "İnter"in maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

 

"Kral klubu" 23 yaşlı futbolçu üçün "nerazzurri"nin təkliflərini nəzərdən keçirməyə hazırdır, baxmayaraq ki, fransız futbolçunun özü "Real"da qalmaq istyir. 

 

Bir müddət əvvəl mətbuatda "Çelsi", "Mançester Yunayted", "Nyukasl" və "Liverpul"un fransız yarımmüdafiəçi ilə maraqlandığı barədə xəbərlər yayılmışdı. 

 

Qeyd edək ki, Kamavinqa başa çatan mövsümdə bütün turnirlərdə 43 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.