"Vest Hem" "Uotford"un hücumçusu Nestori İrankundanın transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Football İnsider" məlumat yayıb.

​Məlumata görə, "Vest Hem" skautları gənc istedadın çıxışını uzun müddətdir yaxından təqib edir. Klubun sabiq skautu Mik Braun bildirib ki, rəhbərlik İrankundanın dünya çempionatındakı performansını da diqqətlə izləyir.

Qeyd edək ki, Nestori İrankunda bir neçə gün əvvəl dünya çempionatında Avstraliyanın heyətində Türkiyə millisi ilə keçirilən qarşılaşmada vurduğu qolla diqqət mərkəzinə düşüb.