​"Real"ın müdafiə xəttinin liderlərindən olan Antonio Rüdiger ilə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu ilə 2027-ci ilin yayına kimi qüvvədə olacaq yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, "Real" Antonio Rudigeri 2022-ci ilin yayında "Çelsi"dən transfer edib. 33 yaşlı mərkəz müdafiəçi bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 1 qolla yadda qalıb.