"Qarşıda bizi iki çətin oyun gözləyir". Bu sözləri Sport24.az-a açıqlamasında Türkiyə mütəxəssis Yılmaz Vural deyib.

 

Türkiyə millisinin dünya çempionatındakı çıxışını dəyərləndirən təcrübəli çalışdırıcı ilk oyundakı məğlubiyyətə baxmayaraq, komandanın növbəti görüşlərdə vəziyyəti düzəldə biləcəyinə inandığını bildirib:

 

"Avstraliyaya qarşı məğlubiyyət gözlənilməz oldu. Dünya çempionatında ilk oyunlar hər zaman çətin keçir. Türkiyə millisi bu nəticədən lazımi nəticəni çıxarmalıdır. Qarşıda bizi iki çətin oyun gözləyir. ABŞ və Paraqvayla matçlar komandanın taleyini həll edəcək. Düşünürəm ki, futbolçular psixoloji cəhətdən toparlanmalı və öz potensiallarını meydanda nümayiş etdirməlidirlər. Türkiyə millisinin keyfiyyətli heyəti var və bu komanda qrupdan çıxmaq gücünə sahibdir. Dünya çempionatı qısa məsafəyə qaçışa bənzəsə də, bir oyunun nəticəsi ilə hər şeyin bitdiyini söyləmək düzgün olmaz. Ümid edirəm ki, Türkiyə millisi qarşıdakı görüşlərdə daha yaxşı çıxış edəcək və azarkeşlərini sevindirəcək nəticələr qazanacaq".

 

Qeyd edək ki, Türkiyə millisi qrup mərhələsinin ilk matçında Avstraliyaya 0:2 hesabı ilə məğlub olub.