Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi olan "Xilasedici" klubu oyunçusu Luis Enrike Reyes ilə yola davam edəcək.
Sport24.az-ın məlumatına görə, Bakı klubu kubalı voleybolçu ilə 1 illik yeni müqavilə şərtlərində razılığa gəlib.
Komandanın növbəti mövsüm avrokuboklarda iştirak etməsi Reyesin qalmasına kömək olub.
Cənubi Amerikadan olan oyunçu 2024-cü ildən FHN təmsilçisində çıxış edir.