Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin aparıcı üzvü Marqarita Stepanenkoya təkliflər var. Sport24.az-ın əldə etdiyi məlumata görə, təcrübəli hücumçu yerli klublarla yanaşı, xarici komandaların da diqqət mərkəzindədir.

 

Hazırda oyunçu təklifləri dəyərləndirmə mərhələsindədir.


Qeyd edək ki, Marqarita Stepanenko son olaraq UNEC-də çıxış edib.