Futbol üzrə dünya çempionatının G qrupunda II tura yekun vurulub. Sport24.az xəbər verir ki, Vankuver şəhərində keçirilən matçda Yeni Zelandiya Misirlə qarşılaşıb.
Oyunda ilk qol 15-ci dəqiqədə vurulub. Yeni Zelandiya yığmasının üzvü Finn Serman komandasını hesabda önə çıxarıb. Afrika təmsilçisi ikinci hissədə, daha dəqiq desək, 58-ci dəqiqədə tarazlığı bərpa edib. Mustafa Ziko adını tabloya yazdırıb. 67-ci dəqiqədə Məhəmməd Salah komandasının ikinci qolunun müəllifi olub. 83-cü dəqiqədə isə Mahmud Hassan fərqi iki topa çatdırıb. Bu qol həm də oyunun yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, qrupun digər oyununda Belçika İranla heç-heçə (0:0) edib.