Misir millisi DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Yeni Zelandiyanı 3-1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, bununla da "fironlar" dünya çempionatları tarixində ilk qələbəsini qazanıblar.

 

Misir millisi əvvəl qatıldığı üç mundialda qələbə qazana bilməyib. Afrika təmsilçisinin hazırda dünya çempionatları tarixində doqquz oyunu var - bir qələbə, üç heç-heçə və beş məğlubiyyət.

 

Qeyd edək ki, qrup mərhələsinə iyunun 27-də yekun vurulacaq. Hər qrupdan ilk iki yeri tutan komanda və üçüncü yeri tutan səkkiz komanda pley-offa yüksələcək.