Futbol üzrə dünya çempionatının H qrupunda daha bir oyun keçirilib. Sport24.az xəbər verir ki, Mayamidə baş tutan görüşdə Uruqvay millisi Kabo Verde ilə üz-üzə gəlib. 

 

4 qolun vulrulduğu qarşılaşmada qalib müəyyənləşməyib. Cənubi Amerika təmsilçisinin heyətində Maksimiliano Arauxo (44) və Aqustin Kanobbio (45+6) fərqləniblər. Kabo Verde yığmasında isə Kevin Pina (21) və Helio Varella (61) adını tabloya yazdırıb. 

 

Bu oyundan sonra hər iki komandanın aktivində 2 xal var.

 

H qrupunun digər matçında İspaniya yığması Səudiyyə Ərəbistanını 4:0 hesabı ilə məğlub edib.