"Bavariya"nın hücumçusu Harri Keyn klubla müqavilənin uzadılması ilə bağlı danışıqları dayandırıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, futbolçu bütün diqqətini hazırda davam edən dünya çempionatına yönəltməyə qərar verib. Danışıqların mundialdan sonra bərpa olunacağı gözlənilir.

 

Plettenberq həmçinin bildirib ki, Keyn digər klublarla danışıqlar aparmır.

 

Qeyd edək ki, Keyn 2023-cü ilin yayından Münhen klubunun formasını geyinir. Onun Almaniya təmsilçisi ilə hazırkı müqaviləsi 2027-ci ildə başa çatır.