İran millisi 1966-cı ildən, statistika aparılandan bəri dünya çempionatları tarixində ən yaşlı start heyətini meydana çıxararaq yeni rekord müəyyənləşdirib. Sport24.az xəbər "Opta" analitik portalı məlumat yayıb.  

 

İran komandasının Belçika ilə qarşılaşmada oyunçularının orta yaşı 32 il 181 gün idi.

 

Əvvəlki rekord Almaniya millisinə məxsus idi: 1998-ci il dünya çempionatında İrana qarşı 2:0 hesablı qələbə qazandıqları oyunda 31 il 334 gün. Belçikanın 1998-ci ildə Meksika ilə 2:2 hesablı heç-heçə etdiyi görüşdə isə orta yaş həddi 31 il 301 gün olub.

 

Qeyd edək ki, qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutan İran - Belçika matçı qolsuz başa çatıb.